İnterpress.az \”Report\”a istinadən xəbər verir ki, 27 yaşlı oyunçu dizindəki zədə ilə bağlı mundialdan kənarda qalacaq. Əl-Şenavi müayinə və müalicə üçün Almaniyaya gedəcək. Onun əvəzinə 45 yaşlı əlcək sahibi Essam Əl-Hadari dünya çempionatında forma geyinəcək. Bu, baş versə, Əl-Hadari dünya çempionatları tarixində ən yaşlı futbolçu olacaq. Hazırda bu ünvan DÇ-2014-ə 42 yaşında ikən Kolumbiya yığmasının heyətində qatılmış Türkiyə \”Qalatasaray\”ının sabiq qapıçısı Fərid Mondraqona məxsusdur.
Qeyd edək ki, dünya çempionatı 14 iyun – 15 iyulda Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək.
İnterpress.az