İnterpress.az xəbər verir ki, Bakı təmsilçisi XXV turun “Keşlə” ilə səfər matçında 1:2 hesabı ilə uduzub.
“Ağ-qaralar” bunadək ardıcıl 8 görüşdə meydanı xalsız tərk etmirdi. Tərlan Əhmədovun yetirmələri sonuncu dəfə XVI turun fevralın 17-də keçirilən “Sumqayıt”la matçından xalsız ayrılmışdı – 0:2.
70 gündən sonra məğlubiyyət acısı yaşayan “Neftçi” bu müddətdə 5 qələbə qazanıb, 3 heç-heçə edib. (apasport.az)
İnterpress.az