Hakimi söyən milli üzvünə ağır cəzabackend

Hakimi söyən milli üzvünə ağır cəza

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Apasport.az saytının məlumatına görə, İK “Araz”ın oyunçularına cəza “yağdırıb”.

Aprelin 28-də baş tutmuş görüşdə çempionun düz 4 üzvü meydandan qovulub ki, onların hər biri millinin formasını geyinir. Kobud oyuna görə birbaşa qırmızı vərəqə alan Eduardo Borqes və İsa Atayev 2 oyunluq diskvalifikasiyaya məruz qalıb. Qapıçı Rövşən Hüseynli son dəqiqədə ikinci sarı vərəqə ilə meydanı tərk edib ki, bu, onun 1 oyunu buraxması ilə nəticələnəcək.

Xətai Bağırovun cəzası isə daha ağır olub. Belə ki, 18-ci dəqiqəsində hakimi təhqir edən Bağırov 4 matçlıq cəza ilə üzləşib.

İnterpress.az