İnterpress.az xəbər verir ki, çempionatın 11-12 may tarixində “Bakı İdman Sarayı”nda baş tutacağı gözlənilir.
Yarış, həmçinin, Azərbaycan Respublikasının Braziliyadakı səfirliyi və Braziliyanın Azərbaycandakı səfirliyi tərəfindən dəstəklənir. Yarışa 40-dan çox ölkədən yüzlərlə idmançı, komanda üzvü və tamaşaçının qatılacağı gözlənilir. Yarışda, həmçinin, dünyanın 12 ən iri kapoeyra qrupları və onların Grand masterləri, fəxri qonaq kimi Braziliyanın İdman Naziri, Mədəniyyət Nazirliyinin rəhbər işçiləri, parlamentinin deputatları və digər rəsmilər iştirak edəcək. Tədbirin açılış mərasimində şou proqram və xalq artisti Faiq Ağayevin çıxışı olacaq.
Yarış bir çox beynəlxalq televiziya və internet kanalları, o cümlədən, Braziliyanın yerli televiziya məkanlarında da yayımlanacaq. Azərbaycanda isə \”İdman Azərbaycan\” kanalından canlı nümayiş olunacaq.
Dünya Çempionatında ölkəmiz müxtəlif çəki və yaş kateqoriyalarında 25 nəfər idmançı ilə təmsil olunacaqdır .
Yığma komanda hazırlıqları Azərbaycan Kapoeyra Federasiyasının baş məşqçisi Elgiz Əlizadə tərəfindən yüksək səviyyədə davam etdirilir.
Ətraflı məlumat: www.mundialcapoeira.com veb səhifəsindən əldə etmək olar.
Əlaqa telefonları: (050) 545 22 99
İnterpress.az