Turin komandası buna A Seriyasının sonuna bir tur qalmış nail olub.
XXVII turda səfərdə \”Roma\” ilə qolsuz heç-heçə edən \”Qoca Sinyora\” xallarını 92-yə çatdırıb. Meydan sahibləri 68-ci dəqiqədə Raca Nainqqolanın qırmızı vərəqə alması səbəbindən görüşü azlıqda başa vurublar.
\”Yuventus\”un ən yaxın izləyicisi \”Napoli\” səfərdə \”Sampdoriya\”nı 72-ci dəqiqədə Arkadiuş Milik və 81-ci dəqiqədə Raul Albiolun qolları sayəsində 2:0 hesabı ilə yenib. Bu qələbədən sonra Neapol komandası xallarını 88-ə çatdırsa da, liderdən 4 xal geri düşüb. Nəticədə \”ağ-qaralar\” son turun nəticəsindən asılı olmayaraq, ardıcıl 7-ci dəfə A Seriyasının qalibi adını qazanıblar. Xallarını 74-ə çatdıran \”Roma\” isə bürünc medal qazanma şanslarını son tura saxlayıb. (report)
İnterpress.az