Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Müsavat və Vətəndaş Həmrəyliyi Partiyasının üzvləri arasında futbol turniri təşkil olunub.
İnterpress.az xəbər verir ki, Müsavat Partiyasının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən futbol turnirində qalib komanda müəyyənləşib.
Belə ki, Müsavat – VHP qarşılaşması 4:4 hesabı ilə nəticələnsə də, sonda hər iki komandaya penalti verilib.
Penaltilər zamanı Müsavat VHP-yə məğlub olub.
İnterpress.az