İnterpress.az xəbər verir ki, əfsanəvi hücumçu 3 illik müqaviləyə imza atıb.
O, \”Dinamo\”nun strateji inkişaf məsələləri ilə məşğul olacaq, habelə, bütün struktur bölmələri, o cümlədən, uşaq futbolu akademiyası ilə qarşılıqlı əlaqədə çalışacaq. Maradona vəzifəsinin icrasına Rusiyada futbol üzrə dünya çempionatı yekunlaşdıqdan sonra başlayacaq.
\”Dinamo\” Belarus çempionatında 7 turdan sonra 9 xalla 8-ci pillədə qərarlaşıb. Maradona isə mundiala Venesuelanın dövlət telekanalı \”Telesur\”un jurnalisti kimi qatılacaq. Onun baş məşqçi kimi son iş yeri Birləşmiş Ərəb Əmirliklərinin \”Əl-Fucayra\” klubu olub. (report)
İnterpress.az