Azərbaycan milli komandasının futbolçusu Əfran İsmayılov \”Qarabağ\” klubu ilə yollarını ayırıb.
İnterpress.az xəbər verir ki, bu barədə Report-a 30 yaşlı yarımmüdafiəçinin özü məlumat verib. İsmayılov başa çatan müqaviləsinin uzadılmadığını açıqlayıb. O, hələlik yeni klubunun müəyyənləşmədiyini bildirib: \”Həm ölkə daxilindən, həm də xaricdən təkliflərim var. Hazırda başım şəxsi məsələlərə qarışıb. Yaxın vaxtlarda qərarımı verəcəyəm\”.
Qeyd edək ki, Əfran İsmayılov 2015-ci ilin iyulundan \”Qarabağ\”da çıxış edirdi.
O, 2009 – 2013-cü illərdə də Ağdam komandasının formasını geyinib.
İnterpress.az