İnterpress.az xəbər verir ki, yeni saziş 2020/21-ci illər mövsümünün sonunadək nəzərdə tutulub.
\”Mən çox xoşbəxt və razıyam. Burada işləmək xoşdur. Hər gün oyunçularımla işləməkdən zövq alıram, yaxın illərdə biz birlikdə mümkün olan hər şeyi etməyə çalışacağıq\”, — deyə ispan mütəxəssis müqavilənin uzadılmasından sonra bildirib.
Qvardiola \”Mançester Siti\”yə 2016-cı ildən rəhbərlik edir. \”Şəhərlilər\” ötən mövsüm İngiltərə çempionatı və İngiltərə Liqa Kubokunu qazanıblar.
İnterpress.az