İnterpress.az-ın BBC-yə istinadən məlumatına görə, “topçular”ın rəhbərliyi hamılıqla ispan mütəxəssisin təyinatını dəstəkləyib.
Emeri ingiliscə sərbəst danışa bilmir. “Sevilya” ilə 3 dəfə Avropa Liqasının qalibi olan 46 yaşlı məşqçi bununla yanaşı, PSJ-yə 7 kubok qazandırıb.
“Arsenal”ın bu həftə Emerini ictimaiyyətə təqdim edəcəyi gözlənilir.
İnterpress.az