Daxili İşlər Nazirliyindən İnterpress.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilib.
Nəticədə mayın 14-də rayon ərazisindəki mağazaların birindən 1273 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Şahmurad Xudaverdiyev saxlanılıb.
İnterpress.az