Şamaxı rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
İnterpress.az APA-ya istinadən verdiyi xəbərə görə, Şamaxı-İsmayıllı yolunda 10-EF-015 dövlət nömrə nişanlı \”Hyundai\” markalı minik avtomobili yoldan çıxaraq aşıb. Nəticədə avtomobildəki sərnişin, 1968-ci il təvəllüdlü Xudiyeva Almaz Firqət qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralı sonradan Bakıya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az