Şirvanda qadın itkin düşüb.
İnterpress.az bildirir ki, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, Şirvan şəhər sakini, 1956-cı il təvəllüdlü Sarayxanım Abdullayeva mayın 24-də dərs dediyi məktəbdən çıxaraq bir daha geri qayıtmayıb.
Onun əlamətləri belədir: orta boylu, qara saçlı, gözlərinin rəngi qəhvəyidir. Məktəbdən çıxarkən əynində qara ətək və ağ köynək olub.