\”Mən həmişə Qvardiola ilə işləmək istəmişəm\”.
İnterpress.az qol.az-a istinadən xəbər verir ki, bu sözləri PSJ-nin hücumçusu Neymar deyib. \”Mançester Siti\”nin çalışdırıcısı Xosep Qvardiola haqda danışan braziliyalı futbolçu ispan mütəxəssisin rəhbərliyi altında oynamaq istəyini dilə gətirib:
\”O, dahi məşqşidir. Təəssüf ki, mən \”Barselona\”ya keçəndə Qvardiola artıq getmişdi. Həqiqətən onun kimi bir məşqçi ilə işləmək istəyərəm\”.
Qeyd edək ki, Neymar 2013-2017-ci illərdə \”Barselona\”nın formasını geyinib.
İnterpress.az