Qazaxda yanğın hadisəsi qeydə alınıb.
İnterpress.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qazax rayonunun Daş Salahlı kəndində ümumi sahəsi 130 m2 olan birmərtəbəli 4 otaqlı evin 4 otağının və dam örtüyünün yanar konstruksiyaları yanıb.
Bitişik tövlə və yardımçı tikili yanğından mühafizə olunub.
İnterpress.az