\”Change.org\” portalında Çempionlar Liqasının final matçında \”Liverpul\”un yarımmüdafiəçisi Məhəmməd Salaha qəsdən xəsarət yetirdiyinə və simulyasiyaya görə \”Real\”ın müdafiəçisi Serxio Ramosun cəzalandırılması tələbi ilə FİFA və UEFA-ya ünvanlanmış petisiya yerləşdirilib.
İnterpress.az report-a istinadən xəbər verir ki, hazırda petisiyaya 180 mindən çox insan imza atıb.
Final oyununda \”Real\” \”Liverpul\”u 3:1 hesabı ilə məğlub edib. Salah həmin oyunda Ramosla mübarizədən sonra çiynini zədələyərək birinci hissədə meydanı tərk edib.
İnterpress.az