Bakıda yolu keçən kişini maşın vuraraq öldürüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, mayın 27-də saat 21 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini İman İmanov vurulub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
İnterpress.az