Bakıda avtomobil qaçıran yeniyetmə saxlanılıbbackend

Bakıda avtomobil qaçıran yeniyetmə saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 27-də Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə Nəsimi rayonunun Füzuli küçəsindən Bakı şəhər sakini Sərxan Quliyevə məxsus “Hyundai” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olub.

Bu barədə İnterpress.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal Nəsimi Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Görülən təxirəsalınmaz tədbirlərlə qeyd olunan avtomobil İnşaatçılar prospektində Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müəyyən edilərək “isti izlər”lə saxlanılıb. Avtomobili qaçırmaqda şübhəli bilinən Kürdəmir rayon sakini olan yeniyetmə nəqliyyat vasitəsi ilə birgə aidiyyatı üzrə təhvil verilib.

İnterpress.az