Tramp Koreya liderləri ilə bir araya gələcək – Üçlü görüşlə bağlı mühüm mesajlarbackend

Tramp Koreya liderləri ilə bir araya gələcək – Üçlü görüşlə bağlı mühüm mesajlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici KİV-ə istinadən xəbər verir ki, görüşün iyunun 12-də baş tutacağı gözlənilir.

Görüşdə Cənubi Koreya lideri Mun Çjenin də iştirak edəcəyi gözlənilir.

Üçlü görüşdə regionda baş verən bir neçə məsələlər barədə müzakirə aparılacağı bildirilir.

Qeyd edək ki, 27 apreldə Koreya liderlərinin hər iki ölkənin sərhədində baş tutan görüşü zamanı üçlü görüş barədə mesaj verilmişdi. ABŞ prezidenti D.Tramp Sinqapurda keçirilməsi planlaşdırılan zirvə görüşünə qatılmayacağı barədə Şimali Koreyaya məlumat vermişdi. Kimin sözçüsü isə Şimali Koreyanın hər zaman ABŞ ilə əlaqələri qurmağa hazır olduğunu bildirib.

Tramp isə qarşı tərəfin bu açıqlamasından sonra görüş üçün razılaşmanın qüvvədə olduğunu bəyan edib.

İnterpress.az