Lənkəranda velosipedçini maşın vurub.
İnterpress.az Apa-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin Şirəli Bayramov küçəsində qeydə alınıb.
Həmin küçədə yaşayan şəhər sakini, 2002-ci il təvəllüdlü Cahid Cabir oğlu Cəfərzadə yolun sağ hissəsi ilə hərəkətdə olarkən qəflətən yolun digər hissəsinə keçməyə çalışıb. Nəticədə ondan bir qədər arxada hərəkət edən \”Daewoo nexia\” markalı avtomobill\’ vurulub.
Avtomibilin vuraraq xəsarət yetirdiyi C. Cəfərzadə təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Travmatologiya şöbəsinə yerləşdirilən yaralıya hər iki ayağının sınığı diaqnozu qoyulub. Hazırda ona tibbi yardım göstərilir.
İnterpress.az