“BakuBus” MMC Nərimanov rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntülərini yayıb.
İnterpress.az “Report”a istinadən verdiyi xəbərə görə, hadisə zamanı “Su Sonası” şadlıq sarayının qarşısında 1985-ci il təvəllüdlü Fəxrəddin Əhədov \”BakuBus\” MMC-yə məxsus 5 nömrəli sərnişin avtobusunun qarşısına çıxıb.
Qeyd edək ki, yaralı “Təcili yardım” maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
İnterpress.az