Cəlilabadda fəhlələri daşıyan minik avtomobili yanaraq kül olubbackend

Cəlilabadda fəhlələri daşıyan minik avtomobili yanaraq kül olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Sabirabad kəndində qeydə alınıb.

Yanğına səbəb avtomobilin içərisində təbii qaz balonunun partlaması olub.

Belə ki, hadisə kənd ərazisindəki əkin sahəsində baş verib. Fermer kartof yığımı ilə məşğul olan fəhlələrə çay dəmləmək üçün havanın küləkli olduğu səbəbindən qaz balonunu avtomobilin içərisində yerləşdirib.

Təbii qazın alovu avtomobilin içərisində alışmağa başlayıb. Daha sonra qaz balonu partlayıb.

Hadisə nəticəsində sözügedən kənd sakini Elgün Əhmədova məxsus VAZ 21 011 markalı minik avtomobili yanaraq tamamilə yararsız hala düşüb.

Hadisə yerinə cəlb olunan FHN-in yanğınsöndürənləri tərəfindən yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

S.Qərib
İnterpress.az