İnterpress.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Qırğızıstan yığmasını qəbul edib. Bakı Olimpiya Stadionunda baş tutan görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Yerli komandanın heyətində 17-ci dəqiqədə kapitan Maksim Medvedev, 75-ci dəqiqədə isə Mahir Mədətov fərqlənib. \”Qarabağ\”ın futbolçuları künc zərbəsində ötürlən topu başla tora yollayıblar.
Görüşdə son nöqtəni isə 84-cü dəqiqədə \”Qəbələ\”nin müdafiəçisi Ürfan Abbasov qoyub.
Mədətovla Abbasov əsas yığmada ilk qollarını vurublar. Azərbaycan millisi isə Qurban Qurbanovun rəhbərliyi altında ilk qələbəsini qazanıb.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 5-də Astanada Qazaxıstan, 4 gün sonra isə Riqada Latviya yığması ilə yoldaşlıq oyunu keçirəcək.
29 may
Yoldaşlıq görüşü
20:00. Azərbaycan – Qırğızıstan – 3:0
Qol: Maksim Medvedev, 17. Mahir Mədətov, 75. Urfan Abbasov, 84
Hakimlər: Ali Palabıyık, Serkan Olguncan, İbrahim Çağlar Uyarcan, Alper Ulusoy
Bakı Olimpiya Stadionu
İnterpress.az