Keçmiş bankir şirkətdəki payını satıbbackend

Keçmiş bankir şirkətdəki payını satıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, onun payını ötən il “Atabank” ASC ilə birləşmiş “Caspian Development Bank” ASC-nin Müşahidə Şurasının sədri Fərəh Məmmədova alıb.

Bununla yanaşı, “Meqa Sığorta”nın digər 2 səhmdarı – Zeynal Əliyev və Yaşar Qurbanov (Müşahidə Şurasının sədri, \”Rabitəbank\” ASC-nin səhmdarı) da paylarının bir hissəsini yeni investora satıblar. Son nəticədə 1-cinin şirkətdəki payı 19%-dən 10%-ə, 2-cinin şirkətdəki payı isə 15%-dən 14%-ə düşüb.

Beləliklə, F.Məmmədova “Meqa Sığorta”nın səhmlərinin 19%-nə sahib olub. Digər səhmdarlar – Rauf Əliyev (“Rabitəbank”ın 30%-lik səhmdarı), Nəzakət İsmayılova və Zaur Quliyev isə əvvəlki qaydada hər biri şirkətdə 19% paya malikdir.

Xatırladaq ki, \”Meqa Sığorta\” 1998-ci ildən fəaliyyət göstərən BE&G sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,5 mln. manatdır.

İnterpress.az