Kürdəmir rayonunda iki yaşlı uşaq qaynar sudan yanıb.
İnterpress.az \”Report\”a istinadən verdiyi məlumata görə, hadisə rayonun Mürtülü kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 2016-cı il təvəllüdlü Emil Tural oğlu Şıxəlizadənin üzərinə ehtiyatsızlıqdan qaynar su dağılıb. Azyaşlı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
İnterpress.az