“Neftçi” futbol klubu əsas komandanın baş məşqçisi Tərlan Əhmədovla yollarını ayırıb.
İnterpress.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Müşahidə Şurasının və təsisçilərin qərarı ilə 47 yaşlı mütəxəssislə müqavilə yenilənməyib.
Flaqman rəhbərliyi Əhmədova xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
İnterpress.az