Ermənistanda şəhər meri və onun müavini tutulubbackend

Ermənistanda şəhər meri və onun müavini tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Masis şəhərinin meri David Ambartsumyan və onun müavini Karen Ohanyan tutulublar.

interpress.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin İstintaq Komitəsi sədrinin müşaviri Sona Truzyan “Facebook”da yazıb.

Məlumata görə, onlar 2018-ci il aprelin 22-də Yerevanda etiraz yürüşü iştirakçılarına hücum təşkil etməkdə ittiham olunurlar. Həmin gün maska geyinmiş bir qrup gənclərə hücum edərək, onları dəyənəklə döymüşdülər.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırmalar davam edir.

interpress.az