Masallı rayonunda anasının məzarını ziyarət etməyə gedən oğlanı ildırım vuraraq öldürüb.
İnterpress.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Mollaoba kəndi ərazisində qeydə alınıb.
Belə ki, 27 yaşlı Fərid Həsənov bir neçə gün bundan öncə anasının məzarını ziyarət etmək üçün Bakıdan rayona gedib.
O, bu gün anasının məzarını ziyarət etmək istəyərkən onu ildırım vuraraq öldürüb.
Onun qəbiristanlıqda telefonla danışan zaman ildırım vurduğu deyilir.
F.Həsənov kənd sakinlərinin köməkliyi ilə xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
İnterpress.az