Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının bu istiqamətdə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş İlham Nəsibovdan “AK” markalı silah, 1 ədəd patron darağı və 22 ədəd patron götürülüb.
Əldə edilən məlumatlar əsasında Salyan Rayon Polis Şöbəsi əməkdaşlarınını keçirdikləri tədbirlər nəticəsində Alçalı kənd sakini Eltac Əkbərovun evindən 1 ədəd, Yenikənd kənd sakini Əvəz Rzayevdən isə 2 ədəd müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngləri götürülüb.
Faktlarla bağlı araşdırmalar aparılır.
İnterpress.az