İnterpress.az xəbər verir ki, Hacıqabul rayonunda Bakı-Tbilisi marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu\”Kamaz\”la toqquşub.
Sərnişin avtobusu \”KamAZ\”a çırpılandan sonra aşan Hacıqabulun Pirsaat kəndi yaxınlığında qəzaya düşüb.
Hadisə nəticəsində xeyli insan xəsarət alıb.
Hadisə yerinə polis və ticili tibbi yardım briqadaları gəlib.
Yaralıların ümumi sayının 30-dək olduğu bildirilir. Yaralılardan ikisinin vəziyyəti ağırdır, digərlərinin həyatına təhlükə yoxdur.
İnterpress.az