Rusiya rəsmi olaraq 2017-ci ildə BMT Registr qeydiyyatına alınmış ixrac etdiyi silahların sayını açıqlayıb.
Interpress.az oxu.az-a istinadən xəbər verir ki, hesabata əsasən, ötən il Rusiya Azərbaycana 61 ədəd hərbi zirehli maşın ixrac edib.
Hesabatda qeyd edilib ki, Moskva Yerevana ötən il 6 ədəd iriçaplı yaylım atəşli sistem göndərib. Söhbət \”Smerç\” yaylım atəşli raket sistemlərindən gedir.
Xatırladaq ki, bir müddət öncə Azərbaycana BMP-3 və BTR-82A zireli maşınlarının idxal edilməsi ilə bağlı məlumat yayılmışdı.
Interpress.az