İnterpress.az Türkiyə mediasın aistinadən xəbər verir ki, Şimali Kipr Türk Respublikasında yaşayan əcnəbi tələbə bədbəxt hadisənin qurbanı olub.
Belə ki, paytaxt Lefkoşada kirayədə qaldığı evinə gələn Zimbabve vətəndaşı 22 yaşlı Xristofer Tinotenda Çidziva yaşadığı evin qapısının bağlı olduğunu görüb. O, daha sonra 2 mərtəbəli evin damına çıxaraq yuxuya gedib. Amma yuxuda ikən 22 yaşlı tələbənin evin damından yerə yıxılması onun ölümü ilə nəticələnib.
Onun meyitini isə ilk olaraq səhər açılandan sonra hadisə baş verən ərazinin yaxınlığından keçən insanlar görüb.
Qeyd edək ki, o, Şimali Kipr Türk Respublikasının paytaxtı Lefkoşada yerləşən Yaxın Şərq Universitetində proqram mühəndisliyi fakültəsinin birinci kurs tələbəsi olub.
İnterpress.az