“Qarabağ” klubu 2018/19-cü illər mövsümü üçün heyətini gücləndirməyə start verib.
İnterpress.az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi xorvatiyalı futbolçu Filip Ozobiçi heyətinə qatıb. 27 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Filip Ozobiç son olaraq \”Qəbələ\” klubunda çıxış edib.
İnterpress.az