Soyğunçuluqda şübhəli bilinən şəxs saxlanılıbbackend

Soyğunçuluqda şübhəli bilinən şəxs saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DİN-in mətbuat xidmətindən İnterpress.az-a verilən xəbərə görə, Nəsimi RPİ 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla Bülbül prospektindəki mağazaların birində naməlum şəxsin satıcı işləyən həmin qadına zor tətbiq edərək oradan 100 manat pul apardığı məlum olub.

Əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mehdi Soltanov olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az