İordaniyanın baş naziri altı gündür davam edən etiraz aksiyalarından sonra istefa verməyə məcbur olub.
İnterpress.az xarici KİV-ə istinadən xəbər verir ki, etirazçıların tələbi ilə baş nazir Hani əl-Mülki istefa verib.
Hazırda baş nazir postuna təyinat olmasa da, vəzifə müvəqqəti olaraq Ömər əl-Rezzaza tapşırılıb.
Qeyd edək ki, baş nazir Beynəlxalq Valyuta Fondunun dəstəklədiyi yeni vergi qanununu İordaniya qəbul etmişdi.
Etirazçılar isə sözügedən qanunun əhalinin yoxsul və orta təbəqəsinə ziyan vuracağını bildirirlər.
Xatırladaq ki, bir müddət əvvəl İordaniya kralı II Abdullah etirazçıları danışığa çağırıb.
İnterpress.az