Milli komandamız bu gün Qazaxıstanla qarşılaşacaqbackend

Milli komandamız bu gün Qazaxıstanla qarşılaşacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bu dəfə rəqib Qazaxıstan yığması olacaq.

\”Astana Arena\”da təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.

Azərbaycan millisi Qurban Qurbanovun baş məşqçi təyin olunmasından sonra ilk dəfə rəqib meydanında çıxış edəcək. Əvvəlki 4 görüşdən 2-si – Belarus (0:1) və Qırğızıstanla (3:0) oyunlar Bakı Olimpiya Stadionunda, Moldova (0:0) və Makedoniya (1:1) ilə oyunlar isə Türkiyənin Antalya bölgəsindəki \”Mardan\” stadionunda baş tutub.

Qurbanovun rəqib həmkarı Stanimir Stoilov Qazaxıstan yığmasının sükanı arxasında üçüncü yoldaşlıq görüşünə çıxacaq. Bu komanda əvvəlki oyunlarında Bolqarıstana 1:2 hesabı ilə uduzduğu halda, Macarıstana qalib gəlib – 3:2. Lakin bu görüşlər Macarıstanda təşkil olunub. İndi isə Qazaxıstan Stoilovun rəhbərliyi altında ilk ev oyununu keçirəcək.

İndiyədək iki komanda əsas yığmalar səviyyəsində 9 oyun keçirib. Bunlardan 2-də Azərbaycan, 3-də Qazaxıstan qalib gəlibsə, daha 4 matç heç-heçə ilə yekunlaşıb. Qurban Qurbanov futbolçu kimi millidə ilk 2 qolunu məhz bu rəqibin qapısından keçirib. Bu, 1993-cü il iyunun 8-də İranda keçirilmiş turnirdə Azərbaycan yığmasının Qazaxıstanın U-23 millisi ilə 3:3 hesablı heç-heçə etdiyi görüşə təsadüf edib.

Yoldaşlıq görüşü

5 iyun

20:00. Qazaxıstan – Azərbaycan

Hakimlər: Aleksandr Tyan, Andrey Bodyan, Viktor Mardari, Dmitri Muntyan (hamısı Moldova)

Astana. \”Astana Arena”

İnterpress.az