İnterpress.az xəbər verir ki, bunu APA-nın London müxbirinə müsahibəsində Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə deyib.
Səfirin sözlərinə görə, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə, 2018-ci ilin yanvar-mart aylarında Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığı ilə ticarət dövriyyəsi 16,56 faiz, o cümlədən idxal 18,65 faiz azalıb, ixrac isə 51,05 faiz artıb.
Diplomat qeyd edib ki, hazırda Azərbaycanda Böyük Britaniya kapitallı 537 şirkət fəaliyyət göstərir: \”Bunlar, əsasən, sənaye, tikinti, ticarət, xidmət, bank və sığorta, rabitə, nəqliyyat sahələrinə aid şirkətlərdir\”.
\”Ötən il Böyük Britaniya Azərbaycana, Azərbaycan isə Böyük Britaniyaya nə qədər investisiya yatırıb\” sualına cavabında T. Tağızadə bildirib ki, 2017-ci ildə Böyük Britaniyadan Azərbaycana birbaşa xarici investisiyalar 1,833 milyard ABŞ dolları təşkil edib.
\”Neft sektoruna 1,772 milyard ABŞ dolları, qeyri-neft sektoruna 61 milyon ABŞ dolları yatırılıb. Onu da qeyd edək ki, Azərbaycana birbaşa xarici investisiya yatıran ölkələr arasında investisiyanın həcminə görə, Britaniya suveren olaraq liderliyi saxlayır.
Azərbaycandan isə 2017-ci ildə Böyük Britaniyaya yatırılan birbaşa xarici investisiyalar 66,4 milyon ABŞ dolları təşkil edib. Neft sektoruna 1,1 milyon ABŞ dolları, qeyri-neft sektoruna isə 65,3 milyon ABŞ dolları investisiya qoyulub\”, – deyə səfir qeyd edib.
İnterpress.az