İnterpress.az xəbər verir ki, saxlanılmış Pakistan və Moldova vətəndaşlarının Azərbaycan ərazisində qanunsuz əmək fəaliyyəti (səyyar ticarət) ilə məşğul olduqları məlum olub.
Türkiyə və Filippin vətəndaşlarının isə ölkədə miqrasiya (olma və yaşama) qaydalarını pozduqları müəyyən edilib. Saxlanılmış əcnəbilər müvafiq qaydada məsuliyyətə cəlb olunub və barələrində qərarlar qəbul edilib.
DMX qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirləri davam etdirir.
İnterpress.az