Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam bıçaqlamaqda təqsirləndirilən Gülnar Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçiriləm prosesdə hökm oxunub. Hökmə əsasəm G.Məmmədovaya 2 il sınaq müddəti olmaqla şərti cəza verilib. Ev dustaqlığında olan Məmmədova sərbəst qalıb.
Bildirək ki, hadisə 2017-ci il sentyabrın 26-da Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində baş verib. Qəsəbə sakini Gülnar Mirqasım qızı Məmmədova aralarında yaranmış mübahisə zəminində ərinin tanışı olan Azad Əmir oğlu Quliyevi bıçaqlayıb.
Qadın evinə gələn qonağı bıçaqladıqdan sonra özü təcili tibbi yardıma zəng edib. Dərhal xəstəxanaya çatdırılan Azad Quliyev əməliyyat olunub. A.Quliyev Gülnar Məmmədovanın evində olarkən tanışı ilə telefonla danışan zaman söyüş söyüb.
Gülnar Məmmədova buna görə də qonağa xəbərdarlıq edib və uşağının yanında söyüş söyməməsini tələb edib. Amma qonaq yenə də söyüş söyüb. Qəzəblənən Məmmədova mətbəxdən götürdüyü bəçaqla Azad Quliyevin döş qəfəsinə xəsarət yetirib.
İnterpress.az