İnterpress.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, Şirvan şəhər sakini, 1992-cı il təvəllüdlü Sənubər Əsədova mayın 16-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə 021-215-14-50 və (055) 527-57-77 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
İnterpress.az