Azərbaycan bank sektorunun xarici öhdəlikləri artmağa başlayıbbackend

Azərbaycan bank sektorunun xarici öhdəlikləri artmağa başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəlikləri bu il mayın 1-nə 1 899,8 mln. manat təşkil edib.

İnterpress.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Bu, aprelin 1-i ilə müqayisədə 7,5 mln. manat və yaxud 0,4% çoxdur. Son 1 ildə isə kommersiya banklarının xarici öhdəlikləri 5 199,5 mln. manat və ya 3,7 dəfə azalıb. İlin əvvəlindən isə bu göstəricidə 408,5 mln. manat və ya 17,7% azalma qeydə alınıb.

Beləliklə, Azərbaycan bank sektorunun xarici öhdəlikləri ardıcıl səkkiz azalmadan sonra artıma keçib.

İnterpress.az