İnterpress.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə rəsmi qəzetdə dərc olunan Türkiyə Nazirlər Kabinetinin qərarında deyilir.
Qərara görə, bundan sonra Türkiyədə fəaliyyət göstərən dövlət və özəl təhsil müəssisələrində Malayziya (Malay dili) və İndoneziya (İndoneziya dili) dilləri də tədris olunacaq.
Qeyd edək ki, sözügedən qərarla bağlı bu ilin aprel ayında Türkiyənin Təhsil Nazirliyi tərəfindən Nazirlər Kabinetinə müraciət olunub.
İnterpress.az