AZƏRTAC “BBC Türk”ə istinadla xəbər verir ki, pis hava şəraiti səbəbindən daha 16 nəfərin də itkin düşdüyü bildirilir.
Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, gəmi iyunun 6-da Aden Körfəzində batıb. Ölənlərin 37-sinin kişi, 9-nun qadın olduğu qeyd edilir. Miqrantlar Efiopiya vətəndaşlarıdır.
Qəzadan sağ qurtaran 100 miqrant isə Yəməndə və digər ölkələrdə iş tapmağa müvəffəq olacaqlarına ümid edir.
İnterpress.az