Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Təhsil Nazirliyinin birgə təşkilatçılıgı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə \”XXI Əsrin Qadınları” İctimai Birliyi “Insan alverinin qurbanlarına sosial-hüquqi yardımın göstərilməsi və bu sahədə maarifləndirmə işinin təşkili” layihəsi çərçivəsində 4 saylı Bakı Peşə Liseyi və Bakı Kompyuter Peşə Liseyində tədbir keçirib.
İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının və \”XXI Əsrin Qadınları”İctimai Birliyin sədri Mahirə Əmirhüseynova tədbirdə çıxış edərək, insan alverinə qarşı mübarizənin Azərbaycanda prioritet məsələlərdən biri olduğunu diqqətə çatdırıb. M.Əmirhüseynova dövlət başçısı cənab İlham Əliyevin 2014-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilən \”Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı\”nın uğurla icra olunduğunu vurğulayıb. M.Əmirhüseynova İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator, Daxili İşlər Nazirinin birinci müavini general-leytenant Vilayət Eyvazovun rəhbərliyi ilə bu gün Azərbaycanda insan alverinə qarşı mübarizə ilə bağlı fəaliyyətin yüksək səviyyədə oldugunu və nazirliyin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin bu cinayətkarlıqa yüksək səviyyədə mübarizə apardıgını önə çəkib. Eyni zamanda İnsan Alverinə qarşı Mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyətinin nümayəndələri ilə Baş İdarənin əməkdaşlığının yüksək səviyyədə quruldugunu bildirib. O, insan alverinə qarşı mübarizəyə dair silsilə maarifləndirici tədbirlərin keçirilməsinin Milli Fəaliyyət Planının icrasına töhfə vermək məqsədi daşıdığını vurğulayıb. Həyata keçirilən layihənin əsas məqsədi insan alveri ilə bağlı reallaşdırılan dövlət proqramının icrasında ictimai rolun artırılması, regionlarda yaşayan gənclər və yeniyetmələr arasında insan alverinə qarşı mübarizə üzrə maarifləndirmə işinin təşkili, eləcə də bu problemdən əziyyət çəkən şəxslərin psixoloji və hüquqi müdafiəsinin həyata keçirilməsindən ibarət oldugunu bildirib.
“XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri qeyd edib ki, İctimai Birliyə müraciət edən insan alveri qurbanlarına ödənişsiz olaraq psixoloji yardım, hüquqşünaslar tərəfindən onların problemlərinin həllinə, müvafiq qurumlara müraciətlərin hazırlanmasına kömək göstəriləcək.
Həmçinin DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı polis-polkovniki Fuad Əliyev, 4 saylı Bakı Peşə Liseyinin direktoru Qalib Hüseynov və Bakı Kompüter Peşə Liseyinin direktoru Mahir Namazov çıxışlarında tədbir iştirakçılarına mütəşəkkil cinayətkar qrupların şəxsləri insan alverinə necə cəlb etmələri, adamların özünü bu bəladan qoruma yollarından danışıb.
Bu sahədə fəaliyyət göstərən dövlət qurumları və onların qaynar xətt xidmətləri barədə məlumat verilib və bu sahədə hazırlanmış filmlər nümayiş etdirilib. İnsan alverinin ağır nəticələri, bu sosial bəlaya qarşı mübarizənin mahiyyəti və formaları, bu istiqamətdə həyata keçirilmiş təşkilati və əməliyyat-axtarış tədbirləri, insan alveri qurbanları ilə davranış qaydaları və s. məsələlər barədə ətraflı informasiya verilib.
Tədbirdə müəllimləri və tələbələri maraqlandıran suallar cavablandırılıb, iştirakçılarına mövzuya aid bukletlər paylanılıb.
Mətbuat Xidməti
İnterpress.az