İnterpress.az xəbər verir ki, 7 nəfər iştirakçının mübarizə apardığı şouda bu dəfə bloger Hüseyn Əzizoğlu oyunda qalmaq uğrunda mübarizə aparıb.
Hədəfini açıqlayan Hüseyn Əzizoğlu səs toplayacağı təqdirdə aktrisa Pərvin Abıyevanı verilişdən uzaqlaşdıracağını vurğulayıb. Səsvermənin sonunda 60,30 faiz səs toplayan Hüseyn Əzizoğlu gözlənilmədən müğənni Abbas Bağırovu oyundan uzaqlaşdırıb.
Qeyd edək ki, hazırda şou aparıcı Aytən Səfərova, bloger Hüseyn Əzizoğlu, müğənni Roza Zərgərli, reper Uran və aktrisa Pərvin Abıyeva ilə davam edir.
İnterpress.az