Olgun öz bəyanatında bildirib ki, məscidlərin bağlanması kimi radikal addım fərziyyələrə əsaslanmamalıdır.
Onun sözlərinə görə, hökümət məscidlərin bağlanması barədə yerli müsəlman təşkilatını əvvəlcədən məlumatlandırmayıb və bu cür qərarın səbəblərini açıqlamayıb.
Olgun, həmçinin, Ramazan ayının sonuncu cümə günündə hökumətin belə bir gözlənilməz bəyanatla çıxış etməsini \”Avstriyadakı bütün müsəlmanların təhqir etdiyini\” vurğulayıb.
Bundan əvvəl Avstriya höküməti radikallara və millətçilərə dəstək verən məscid və imamları müəyyən etmək məqsədilə İGGÖ ilə əməkdaşlıq etdiyini iddia etmişdi.
Ötən cümə günü Avstriya höküməti türk millətçiləri ilə əlaqədə olmaqda şübhəli bilinən imamların deportasiyası və xaricdən maliyyə alan 7 məscidin bağlanılması barədə qərar qəbul edildiyini bildirib.
Türkiyə prezidentinin administrasiyası rəsmi Vyananın hərəkətlərinin əsasında \”islamofobiya, irqçilik və ayrı-seçkiliyin\” durduğunu bəyan edib. (bbc)
İnterpress.az