Həbsxanada intihara cəhd edən qadına ağır cəza – MİLYONLUQ CİNAYƏTbackend

Həbsxanada intihara cəhd edən qadına ağır cəza – MİLYONLUQ CİNAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Vəfa Osmanlı son sözlə çıxış edib. O törətdiyi əmələ görə peşman olduğunu bildirib.

Daha sonra hakimlər kollegiyası qərarı elan edib. Beləliklə Vəfa Osmanlı 8 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, V.Osmanlının vəkili ötən prosesdə bildirib ki, müvəkkili intihara cəhd edib. Daha sonra onun xəstəxanaya çatdırılıb. V.Osmanlı hazırda 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicə alır.

Qeyd edək ki, V.Osmanlı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

O, vətəndaşlar – Cəlalə Cəbrayılova, Kəminə Cəbrayılova, Solmaz Babayeva, Şalə Hüseynova, Asif Orucəliyev və digərlərinin etibarından sui-istifadə edərək onların ümumilikdə 1 milyon manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.

Cinayət işi üzrə 10 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərin bir qismi müəllim vəzifəsində çalışır.

V.Osmanlı universitetlərdən birində çalışırmış. (lent.az)

İnterpress.az