Rəqibindən Ərdoğan barədə ilginc iddia: “Mənə yüksək vəzifə təklif etdi”backend

Rəqibindən Ərdoğan barədə ilginc iddia: “Mənə yüksək vəzifə təklif etdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin İYİ Partiyasının sədri və prezidentliyə namizəd Meral Akşener hakim partiyanın hələ üç il əvvəl ona nazir və baş nazir müavini postunu təklif etdiyini bəyan edib. İnterpress.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bunu Akşener \”Sözcü\” nəşrinə müsahibəsində bildirib.

\”Bu AKP çox əyləncəlidir. 7 iyun 2015-ci il tarixindən sonra mənə nazirlik təklif etdilər. Mənə baş nazir müavini vəzifəsi təklif olundu. Bu təklifin sübutu da qalır. O zaman yaxşı insanmışam ki, bu təklifi etdilər. Rədd etdim. Sonda Metin Külünk (İstanbul AKP Millət vəkili) evimə gəldi, Tayyib Ərdoğan tərəfindən göndərildiyini söylədi. Mən yenə imtina etdim\” — deyə Akşener bildirib.

Prezidentliyə qadın namizəd qeyd edib ki, hakim partiyanın seçkilərdə məğlub olmalarına dair narahatlıqları var: \”İlk dəfə olaraq Ərdoğanın oyun planı, yəni \”power game\” strategiyası çökdü. Təvazökar olmayacağam, bu plan mənim sayəmdə çökdü. Bu gün ölkədə iqtisadiyyat çökmüş durumdadır, işsizlik 11%-dir, dolların məzənnəsi günbəgün artır. Xaricdən sərmayə cəlb edə bilmirlər\”.

Akşener illərdir ölkəsinin terrorla mübarizə etdiyini vurğulayıb: \”Heç bir iqtidar terrorla mübarizəni daxili siyasət və seçki aləti etmədi\”.

İnterpress.az