“Səbail” klubu daha bir futbolçunun keçidini rəsmiləşdirib.
Klubun mətbuat xidmətindən İnterpress.az-a verdiyi məlumata görə, paytaxt təmsilçisi Azərbaycan milli komandasının futbolçusu Ruslan Qurbanovu heyətinə qatıb.
27 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, ötən mövsüm \”Qəbələ\”də çıxış etmiş Ruslan Qurbanov karyerası ərzində \”Neftçi\”, \”Sumqayıt\”, Rusiyanın \”Rostov\”, \”Nika\”, \”Taqanroq\” və Xorvatiyanın \”Hayduk\” klublarının da formasını geyinib.
İnterpress.az