İnterpress.az Lent.az-a istinadən xəbər verir ki, bu gün saat 06:10-da Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ilə Sahil qəsəbəsini birləşdirən yolun 5-ci kilometrliyində \”Vaz 2106\” markalı, 90 FO 643 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə 50 DF 025 nömrəli \”KamAZ\” toqquşub. Nəticədə minik avtomobilində olan 3 nəfər hadisə yerindəcə keçinib.
Onların bir ailənin üzvü olduğu bildirilir.
Hazırda ölən şəxslərin kimliyi dəqiqləşdirilir.
İnterpress.az